Bakı-Quba yolunda 2 maşın toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda 2 maşın toqquşub, xəsarət alanlar var

Bu gün axşam saatlarında Bakı-quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: apa.az