Tələbələ bilik yox, qız üstündə dalaşdılar - VİDEO

Tələbələ bilik yox, qız üstündə dalaşdılar - VİDEO

Qafqazsayağı döyüş: Mahaçqalada bir gəncin sevgilisini incidən oğlanla haqq-hesabı kütləvi davaya səbəb olub.

 Mahaçqaladakı tibb kolleclərindən birinin ərazisində, iki gəncin münasibətlərinin aydınlaşdırılması kütləvi davaya çevrilib, Qafqazın "ən yaxşı" ənənəsinə görə, onlar qız üstündə mübahisə ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, "Регион Online" portalı yayımlayıb. Kadrlarda onlarla tələbənin davada necə iştirak etdiyi görünür. Bir neçə gənc isə dalaşanları ayırmağa cəhd edirlər. Münaqişə əsnasında, 17 yaşındakı Mahaçqala sakini rəqibi onun qarın boşluğuna vurduğu bıçaq zərbəsilə yaralayıb, sonra isə soyuq silahı yerə ataraq hadisə yerini tərk edib. Nəticədə 18 yaşlı zərərçəkmiş xəstəxanaya aparılıb. Daha 17 yaşlı gənc yaxalanaraq polis şöbəsinə aparılıb və orada törətdiyi cinayəti boynuna alıb.

Portalın yazdığına görə, münaqişənin səbəbi, kütləvi davanın iştirakçılarından birinin mikroavtobusda bir qıza irad bildirməsi olub. Qız bu barədə sevgilisinə şikayət edib. Gənc oğlan isə sevgilisini incidən şəxslə münasibətlərə aydınlıq gətirməyə qərar verib.

Mənbə: sputnik.az