Ailə şənliyi qanlı bitdi: Qonaqlar gülləbaran edildi

Ailə şənliyi qanlı bitdi: Qonaqlar gülləbaran edildi

Kaliforniya ştatının Fresno şəhərində ailə şənliyi faciə ilə bitib.

“RİA Novosti”nin xəbərinə görə, polis idarəsindən verilən açıqlamada bildirilir ki, naməlum şəxslər futbol oyununu izləmək üçün bir evə yığışan insanlara atəş açıb, nəticədə, doqquz adamı yaralayıblar.

Güllə yarası alanlardan üçü hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb.

Polis hadisə yerinə çatana qədər cinayətkarlar qaçmağa macal tapıblar.

Mənbə: www.oxu.az