Damağında siqaret, əlində telefon-Bakıda sərnişin avtobusunun sürücüsü (VİDEO)

Damağında siqaret, əlində telefon-Bakıda sərnişin avtobusunun sürücüsü (VİDEO)

"Bakıda 165saylı avtobusun surucusü hərəkət zolağında olarkən siqaret çəkir və telefonla danışır".

Bununla bağlı Sonxeber.az-a şikayət daxil olub. Şikayətçi bu haldan narazı olduğunu dilə gətirib və görüntüləri videoyaddaşa qeyd edərək sosial şəbəkədə paylaşıb.
Məlumdur ki, icimai yerlərdə siqaret çəkmək və satışı ilə bağlı mənfi fikirlər mövcuddur. İctimai yerlərdə bu hala qarşı mübarizə aparmaq elə də nəticə vermir. Körpə uşaqlar və yaşlı insanlar, tənəffüs sistemində xəstəlik olanların da əyləşdiyi ictimai nəqliyyatda siqaret çəkmək qəti qadağandır. Bununla belə, problem hələ də həll etmək mümkün deyil. Siqareti damağından əksik etməyən avtobus sürücüləri hələ də var.
Bildirək ki, ictimai nəqliyyatın əsas daşıyıcı yükünü tutan avtobuslarda "siqaret çəkmək qadağandır" işarəsi mövcuddur. Sürücülər isə bu qaydalara məhəl qoymurlar.

Qeyd edək ki, hələ 2018- ci ildə avtobusda və taksidə siqaret çəkənlərin cərimələnəcəyi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə dəyişiklik təklif edilib.
Hazırki qanunvericiliyə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan 50 manata qədər məbləğdə cərimə tətbiq edilir.

 

 

Mənbə: sonxeber.az