Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb. Dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi nəticəsində “Mercedes” və "VAZ-2106” markalı minik maşınları toqquşub.

Nəticədə 3 nəfər yaralanıb. Yaralılıar Samux Rayon Mərkəzi Xəstəxasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az