Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI

Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI

"Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən Zəfər Miriyev evində yatdığı yerdə dünyasını dəyişib. Onun meyiti üzərində hər hansı zorakılıq əlamətləri açkarlanmayıb”.

Bunu Modern.az-a Cəlilabad rayon Maşlıq kənd icra nümayəndəsi Rəzzaq İsbarov bildirib.

1983-cü il təvəllüdlü Zəfər Miriyevin yaşadığı mənzildə ölü tapılmasına münasibət bildirən icra nümayəndəsinin sözlərinə görə, mərhum bir müddət əvvəl qripə tutulubmuş:

"Sadəcə, ürəyində problem yaranıb və dünyasını dəyişib. Həkimlər və polis meyitin üzərində yoxlama aparıblar. Heç bir kənar müdaxilə aşkar olunmayıb”.

Kənd rəsmisi bildirib ki, dünyasını dəyişən şəxs tək yaşayırmış:

"Gənc müəllim olan Zəfər Miriyev əslən Lerikdən idi. Bir dəfə ailəli olub boşanmışdı. Kənddə kirayədə yaşayırdı”.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: anews.az