Bakıda intihara cəhd - BİNANIN DAMINA ÇIXARAQ...

Bakıda intihara cəhd - BİNANIN DAMINA ÇIXARAQ...

Bakıda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumatda, Nəsimi rayonunda 1 nəfərin çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirdiyi bildirilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Mənbə: news24.az