Din xadimləri yüzlərlə azyaşlıya təcavüz edib və ... - QANDONDURAN CİNAYƏTİN üstü açıldı

Din xadimləri yüzlərlə azyaşlıya təcavüz edib və ... - QANDONDURAN CİNAYƏTİN üstü açıldı

Kanadada ağır cinayətin üstü açılıb.

36 keşişin 29 azyaşlıya təcavüz etdiyi məlum olub.

Cinayət, Britaniya Kolumbiyası ştatının Katolik Baş Yepiskopluğu tərəfindən aparılan istintaq araşdırmaları zamanı üzə çıxıb. Məlum olub ki, ştatda 1950-ci ildən bəri 29 azyaşlı keşişlərin cinsi istismarına məruz qalıb.

Kanadanın rəsmi yayım qurumu CBC tərəfindən "The Fifth Estate” (Beşinci əmlak) proqramında ilk dəfə ictimaiyyətə açıq elan edilən araşdırma hesabatına ölkənin 60 Baş Yepiskopluğu və yepiskopluğu daxil olub.

Britaniya Kolumbiyası ştatının Katolik Baş Yepiskopluğu istismara məruz qalan şəxslərin onlara müaricət etməsini istəyib.

Qeyd edək ki, bu tip cinayətin ən çox qurban sayı ABŞ-a məxsusdur. ABŞ katolik Baş Yepiskopluq Konfransı tərəfindən 2004-cü ildə açıqlanan araşdırmanın nəticələrinə əsasən, ölkədə 1950-2002-ci illərdə 4 mindən çox rahib 10 min 667 azyaşlını cinsi istismara məruz qoyub.

Mənbə: veteninfo.az