Bakıda 49 yaşlı kişi naməlum şəraitdə ağır xəsarət alıb

Bakıda 49 yaşlı kişi naməlum şəraitdə ağır xəsarət alıb

Bakının Suraxanı rayonunda 49 yaşlı kişi naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, Yeni yaşayış massivində baş verib.

1970-ci il təvəllüdlü Məmmədov Yusif Sadiq oğlu evlərinin yaxınlığında kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Mənbə: apa.az