Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlılar tutuldu

Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlılar tutuldu

Türkiyənin Dənizli şəhərində əyləncə mərkəzlərində işləmə icazəsi olmayan 17 əcnəbi tutulub.

Ərazi Təhlükəsizlik İdarəsinin Asayiş Şöbə müdirliyi tərəfindən əyləncə mərkəzlərində yoxlamalar aparılıb.

“Anadolu” agentliyinin məlumatına görə, aparılan yoxlamalarda 12 əyləncə mərkəzində konsyerj işləyən əcnəbi qadınların işləmək icazələrinin olmadığı müəyyən edilib.

Polislər rus, Azərbaycan və gürcü əsilli 17 qadını tutublar.

Qadınlar polisə aparılıb və daha sonra deportasiya olunmaq üçün müvafiq orqanlara göndəriliblər.

Bundan başqa, iki nəfərə “fahişəliyə vasitəçilik etmək” cinayəti ilə 290 min lirəlik pul cəzası tətbiq edilib.

Mənbə: www.oxu.az