Saatlıda piyada yol qəzası nəticəsində ölüb

Saatlıda piyada yol qəzası nəticəsində ölüb

Saatlıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında "Mercedes" markalı avtomobil yolu keçən kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Mənbə: apa.az