İki xəstəsinə təcavüz edən ginekoloqla bağlı yeni fakt

İki xəstəsinə təcavüz edən ginekoloqla bağlı yeni fakt

Türkiyədə iki qadın xəstəsinə təcavüz etdiyi üçün həbs olunan ginekoloqun işiylə bağlı yeni detallar üzə çıxıb.

Unikal.org xəbər verir ki, 23 il 4 ay həbs cəzası alan Feciraləm Sevilənin 1998-ci ildə də bir xəstəsinə müayinə bəhanəsiylə təcavüz etdiyi məlum olub.

“Sabah” qəzeti yazır ki, İstanbul Təbiblər Otağı məsələni həmin vaxt ört-basdır edib, ədliyəyə şikayət edilməyib. Sevilən sadəcə altı ay işindən uzaqlaşdırılıb.

İstanbul Ağır Cinayətlər Məhkəməsi məsələylə bağlı prokurorluğa müraciət edib.

Xatırladaq ki, məşhur ginekologiya professorunun İstanbulda Nişantaşında özəl müayinəxanasında iki xəstəyə təcavüz etməsiylə bağlı iddia qaldırılmış, Ağır Cinayətlər Məhkəməsi ona 23 il dörd ay həbs cəzası vermişdi.

Mənbə: www.unikal.org