Şəkidə avtomobilin vurduğu yeniyetmə xəsarəti ilə əlaqədar paytaxta göndərilir

Şəkidə avtomobilin vurduğu yeniyetmə xəsarəti ilə əlaqədar paytaxta göndərilir

Şəkidə 12 yaşlı yeniyetməni avtomobil vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax rayon sakini, 1978-ci il təvəllüdlü Valeh İsmət oğlu Hacıyev idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən piyada, 2007-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Hazar Raqif oğlu Əbdurəhmanovu vurub. Qəza zamanı xəsarət alan yeniyetmə H.Əbdurəhmanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, H.Əbdurəhmanova sol ayağın baldır sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub. H.Əbdurəhmanovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az