Vətənə xəyanətdə ittiham edilən hərbçi saxlanıldı- CASUSLUQ QALMAQALI

Vətənə xəyanətdə ittiham edilən hərbçi saxlanıldı- CASUSLUQ QALMAQALI

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynaya casusluq edən rusiyalı hərbçini saxlayıb.

Cebhe.info xəbər verir ki, şəxs Ukrayna Hərbi Kəşfiyyatı tərəfindən ələ alınıb və casusluq fəaliyyətinə cəlb edilib. Onun saxlanması üçün əməliyyat Rostovda keçirilib. Onun Cənub Hərbi Dairəsinin hərbi qulluqçusu olduğuna dair xəbər var.

Dövlətə xəyanətdə ittiham olunan hərbçi Ukrayna Müdafiə Nazirliyinin Baş İdarəsinin tapşırıqlarını yerinə yetirirmiş.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (vətənə xəyanət) ilə cinayət işi açılıb.
Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info