Cəlilabadda yol qəzası baş verib

Cəlilabadda yol qəzası baş verib

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə rayonun Cəfərxanlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Paşayev Fariz Əyyub oğlu xəsarət alıb. Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: open.az