İsveç Culian Assanja qarşı cinayət işinə xitam verib

İsveç Culian Assanja qarşı cinayət işinə xitam verib

İsveç “WikiLeaks”in yaradıcısı Culian Assanja qarşı cinayət işinə xitam verib. Prokuror Yeva-Mari Persson bəyan edib ki, Culian Assanja qarşı tutarlı dəlillər olmadığına görə, iş Ali Məhkəməyə göndərilməyib və 2010-cu ildən davam edən cinayət işinə xitam verilib.

Qeyd edək ki, 2010-cu ildə Culian Assanj Pentaqonun məxfi materiallarını dərc edirdi . İsveçdə isə o, iki rəfiqə Anna Ardin və Sofya Vilenin evlərində qalırdı. Rəfiqələr C. Assanjın onları zorladığı barədə İsveç Prokurorluğuna şikayət vermişdilər. Culian Assanjın həbsi barədə order verilsə də, o, Londona qaça bilmişdi. 2012-ci ildən isə o, Londondakı Ekvador səfirliyində sığınacaq tapdı və 7 il orada yaşadı. Bu ilin may ayında London Məhkəməsi onu 50 həftə azadlıqdan məhrum etdi.
TASS-ın məlumatına görə, əgər Culian Assanj ABŞ-a ekstradisiya edilsə, onu 175 il həbs cəzası gözləyir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com