Əfqanıstanda vertolyot qəzası

Əfqanıstanda vertolyot qəzası

Əfqanıstanda ABŞ-a məxsus hərbi vertolyot qəzaya uğrayıb. “Reuters”in məlumatına görə, qəza nəticəsində iki ABŞ hərbçisi həlak olub.
Hazırda qəzanın səbəbləri araşdırılır. Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib ki, vertolyot düşmən gülləsi ilə vurulmayıb.
Lakin “Taliban” terror təşkilatının nümayəndəsi Zəbihulla Mücahid bildirib ki, vertolyotu taliblər vurublar. Vertolyot bazaya qayıdarkən gecə saat 1:00-da qəzaya uğrayıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com