Marşrut avtobusu qəza törətdi

Marşrut avtobusu qəza törətdi

Bakının Sabunçu rayonu ərazisində 198 saylı marşrut avtobusu qəza edib.

Teleqraf.com xəbər verir ki, avtobus sürücüsü idarəetməni itirərək Sabunçu Yol Polisi İdarəsinin hasarına çırpılıb.

Qeyd edək ki, ölən və yaralananlar haqda məlumat yoxdur. Ərazidə tıxac yaranıb.

 

Mənbə: teleqraf.com