Biləsuvarda yanacaq daşıyan maşın aşıb alovlandı - Sürücü öldü

Biləsuvarda yanacaq daşıyan maşın aşıb alovlandı - Sürücü öldü

Biləsuvarda yanacaq daşıyan maşın aşaraq yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 22-i gecə saat 3:00- 4:00 radələrində Ələt-Astara yolunun Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissəsində Naxçıvan Muxtar Respublikasının sakini Kələntərov Yavər idarə etdiyi DAF markalı yanacaqdaşıyan yük avtomobili ilə Bakıdan Naxçıvana gedərkən idarəetməni itirərək aşıb və avtomobil yanıb.

Hadisə nəticəsində sürücü Y. Kələntərov maşında yanaraq vəfat edib.

Murad Əhməd

Mənbə: qafqazinfo.az