Balakəndə hadisə - 300 kq xurma yandı

Balakəndə hadisə - 300 kq xurma yandı

Balakən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Katex kəndində ümumi sahəsi 160 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 400 kiloqram xurmanın 300 kiloqramı yanıb. Tikilinin və xurmanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: news24.az