Bakı-Quba yolunda ağır qəza - Yük maşını aşaraq yolu bağladı (VİDEO)

Bakı-Quba yolunda ağır qəza - Yük maşını aşaraq yolu bağladı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza gecə saatlarında qeydə alınıb. Havanın yağışlı olması səbəbindən "MAN" markalı yük maşını qəza törədib. İdarəetməni itirən yük avtomobili beton arakəsməyə dəyərək aşıb.

"MAN"ın yük yerində olan çınqıl daşlar isə yola dağılıb. Bu səbəbdən Bakıdan gedən yol bağlanıb, qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

 

Mənbə: az.trend.az