Gürcüstanda bir kənddə 7 ev yanıb

Gürcüstanda bir kənddə 7 ev yanıb

Gürcüstanın Xulo rayonunun Mexalaşvili kəndində güclü yanğın baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 03:00 radələrində hadisə zamanı 7 ev və 5 köməkçi tikili yanıb. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və hüquq mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Mənbə: apa.az