Türkiyədə 92 hərbçi barəsində saxlanılma qərarı verildi

Türkiyədə 92 hərbçi barəsində saxlanılma qərarı verildi

Türkiyə Hərbi Hava Qüvvələrinə qarşı keçirilən FETÖ istintaqı çərçivəsində 92 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb. Keçirilən əməliyyatlar nəticəsində 53 nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Barəsində saxlanılma qərarı çıxarılan hərbçilərdən ikisinin leytenant olduğu qeyd edilib.

Mənbə: axar.az