Almaniyada miqrant marketdə içki şöbəsini dağıtdı - VİDEO

Almaniyada miqrant marketdə içki şöbəsini dağıtdı - VİDEO

Almaniyada miqrant supermarketə girərək, spirtli içki şöbəsini dağıdıb.

NTV-nin məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Mağazadakı müşahidə kamerası tərəfindən qeydə alınan videoda gənc bir adamın içki şöbəsində var-gəl etdiyi görünür. Sonra o, vitrinə doğru irəliləyirək, rəflərdəki bütün içkiləri yerə dağıdır.

Polis artıq miqrantı saxlayıb, hadisə ilə bağlı istintaqa başlanılıb.

Yeri gəlmişkən, qeyd edək ki, Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, ölkədə hər dörd nəfərdən biri miqrantdır.

Mənbə: www.oxu.az