Livandan atılan iki “hava hədəfi” İsrailin şimalına düşüb.
Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hava hədəfləri İsrail sərhədini keçərək Kiryat Şmona şəhəri yaxınlığında düşüb.
“Ölənlər barədə məlumat yoxdur”, - deyə mətbuat xidməti əlavə edib.
Bundan bir qədər əvvəl Livandan raket hücumu edildiyi bildirilmişdi. İsrailin hava hücumundan müdafiə qüvvələri Qərbi Qalileyə doğru uçan raketlərin bir hissəsini vurub, qalanları isə boş əraziyə düşüb.
Hüseyn İbadlı
Mənbə: publika.az