"Nərmin" cinayətində yeni təfərrüatlar - Azyaşlı ifadə verdi

"Nərmin" cinayətində yeni təfərrüatlar - Azyaşlı ifadə verdi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ednews xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyevanının sinif yoldaşı və əmisi oğlu olan Ayxan Quliyev ifadə verib. O ifadəsində bildirib ki, sonuncu dəfə Nərmini evlərində görüb.

"Əmim oğlu Qorxmazla bir yerdə idik. Nərmin gödəkcəni götürməyə gəlmişdi. O evdə olanda həyətə çıxdım. Sadəcə çöl qapının səsindən bildim ki, Nərmin çıxıb getdi. Sonra isə onun itkin düşdüyünü eşitdim."-deyə A.Quliyeva bildirib.

Təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmənin gec başlaması və zamanın az qalması səbəbindən bu günkü məhkəmə prosesinin saxlanılmasını və A.Quliyevanın ifadəsini növbəti məhkəmə prosesində davam etdirilməsini istəyib.

Hakimin qərarı ilə növbəti məhkəmə fevralın 9-da saat 10:30-a təyin olunub.

Mənbə: ednews.net