Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstindən çıxarılmasını tələb edən qətnaməni qəbul edib.
Bildirilir ki, İsrail sənədin təsdiq edildiyi tarixdən bir ildən gec olmayaraq Fələstini tərk etməlidir.
Qətnamə 124 səslə qəbul edilib. Daha 14 ölkə əleyhinə səs verib, 43 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsindən fərqli olaraq, Baş Assambleyanın qətnamələri hüquqi qüvvəyə malik deyil.
Mənbə: qafqazinfo.az