Səhiyyə Nazirliyi Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən şirkəti cərimələdi

Səhiyyə Nazirliyi Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən şirkəti   <span class="qirmizi">cərimələdi</span>

“Buta Farm” MMC-nin barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mirheydər Zeynalovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.

Kamal Məmmədov

Mənbə: pravda.az