Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhəri ərazisində 21 yaşlı İ.Həsənov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə: report.az