Bakının Binəqədi rayonunda bədbəxt hadisə zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Dərnəgül qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Əkbərov Ələsgər Əkbər oğlu yaşadığı evin yaxınlığında küçədə gedərkən başına daş düşüb. O, beyin silkələnməsi diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.
Mənbə: apa.az