Assanja həbsxanada hücum edildi

Assanja həbsxanada hücum edildi

London həbsxanasında olan “WikiLeaks” saytının qurucusu Julian Assanj hücuma məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun atası Con Şipton məlumat verib. Onun sözlərinə görə, yumruqla döyülən oğlu gündə 22 saat həbsxana qospitalında saxlanılır və vəziyyəti yaxşı deyil.

“Culian gündə 22 saat qospitalda saxlanılır. Amma bura əsl həbsxana xəstəxanası deyil. Digər məhkumlardan təcrid olunaraq saxlanılır və yarım saatdan bir intihar edib-etmədiyini yoxlamaq üçün ona baş çəkirlər. Apreldən bu yana 10-15 kiloqram arıqlayıb. Səhhəti heç də yaxşı deyil. Vəkilləri və ailəsi ilə görüşməsinə icazə verilmir”, - deyə Assanjın atası bildirib.
Xatırladaq ki, Assanj “WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.

ABŞ-da haqqında 175 il həbs cəzası tələb edilən Assanjın ekstradisiya olunub-olunmayacağı gələn ilin fevralında keçiriləcək məhkəmədən sonra bilinəcək.

Cebhe.info

 

 

Mənbə: cebhe.info