İrəvanda ticarət mərkəzindəki yanğın 2 gündən sonra söndürülüb

İrəvanda ticarət mərkəzindəki yanğın 2 gündən sonra söndürülüb<span class="qirmizi"></span>

İrəvandakı “Surmalu” topdan satış bazarında baş verən partlayışdan sonra başlayan yanğın söndürülüb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın avqustun 14-dən bəri 2 gün müddətində davam edib.

Hazırda partlayışda 16 nəfərin öldüyü, daha 3 nəfərin axtarışlarının davam etdirildiyi məlumdur.

Mənbə: www.unikal.org