Lüt xəstə reanimasiyadan evə qaçdı

Lüt xəstə reanimasiyadan evə qaçdı

Rusiyanın Primorsk diyarında Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsindən çılpaq halda evinə qaçan xəstə polis tərəfindən xəstəxanaya qaytarılıb.

BiG.AZ-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Primorsk diyarı Administrasiyasının Səhiyyə şöbəsinin nümayəndəsi bildirib.

Belə ki, xəstə gecə vaxtı birinci mərtəbədə yerləşən reanimasiya şöbəsinin pəncərəsindən qaçıb. Növbətçi həkim onun olmadığını görərək, dərhal polisə xəbər verib. Reanimasiyada bütün xəstələrin paltarsız olduğu qeyd olunur.

Polisdən verilən məlumata əsasən, 51 yaşlı kişi məişət zəmnində baş verən münaqişə zamanı aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib. Xəstəxanadan çıxdıqdan sonra o itkin şəxs kimi axtarışa verilib və Şmidtovka kəndində, özünün yaşadığı evdə tapılaraq həkimlərə qaytarılıb. Onun evə necə çatdığı dəqiqləşdirilmir, lakin həmin gün havanın -10, -17 dərəcə olduğu vurğulanır.

Natəvan Baxşiyeva

Mənbə: big.az