Uqandada sel və daşqınlar nəticəsində 22 nəfər ölüb

Uqandada sel və daşqınlar nəticəsində 22 nəfər ölüb

Leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində Uqandanın Bundibuqio dairəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Daily Monitor” nəşri məlumat yayıb.

Bundan əvvəl Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsi 11 nəfərin öldüyünü açıqlayıb.

Bir neçə nəfər itkin düşmüş sayılır. Altı saat ərzində fasiləsiz yağan yağışlar Tokve çayının məcrasından çıxmasına yol açıb. Çoxlu ev və tarlalar, o cümlədən yollar su altında qalıb, nəqliyyatın hərəkəti dayanıb.

 

Mənbə: apa.az