Türkiyədən qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 87 miqrant saxlanılıb

Türkiyədən qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 87 miqrant saxlanılıb

Türkiyənin Çanaqqala şəhərində qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 87 miqrant saxlanılıb.

SİA xəbər verir ki, şəhərin polis əməkdaşları tərəfindən saxlanılanların Əfqanıstan vətəndaşı olduqları bildirilir.

Aralarında qadın və uşaqların da olduğu qanunsuz miqrantlar aidiyyatı qurumlara təhvil veriliblər.

Mənbə: sia.az