İranda avtobus aşdı, yaralananlar var (FOTO)

İranda avtobus aşdı, yaralananlar var (FOTO)

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Simnan vilayətində Məşhəd-Tehran avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu İranın Simnan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Müzəffər Məhəmmədxani deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, yerli vaxtla saat 5:26-da baş verən hadisədə 24 nəfər yaralanıb.

İdarə rəsmisi yaralıların təcili yardım maşınları ilə müalicə mərkəzlərinə çatdırıldığını deyib.

Avtobusda 29 sərnişinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az