72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb

72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb

Bakıda 72 yaşlı kişini mikroavtobus vuraraq öldürüb.


Femida.az-ın report-a istinadən xəbərinə görə, hadisə dekabrın 7-də saat 20 radələrində, paytaxtın Sabunçu rayonunda, Hövsan-Zığ yolunda baş verib.

Belə ki, Cəbrayıl rayon sakini, 1982-ci il təvəllüdlü Mirağa Kazımovun idarə etdiyi “Mercedes-Vito” markalı sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – paytaxt sakini, 1947-ci il təvəllüdlü Sahib Hüseynovu vurub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən aldığı hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məclləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Mənbə: femida.az