Gömrükçü ermənilər tutuldular

Gömrükçü ermənilər tutuldular

Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları və Ermənistan Polis Cinayət Təhqiqatı İdarəsinin istintaq şöbəsinin əməkdaşları korrupsiya və iqtisadi fəaliyyətə qarşı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri təşkil ediblər. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, birgə istintaq və əməliyyat tədbirləri nəticəsində vəzifəli şəxslərin qanunsuz davranışları nəticəsində cinayət əməllərində şübhəli bilinən 6 nəfər gömrük xidməti əməkdaşı və 2 vətəndaş tutulub.
Qoqavan-Privolnoy gömrük postunda, saxlanılan şəxslərin mənzillərində, eləcə də istifadə edilən nəqliyyat vasitələrində axtarışlar aparılıb, nəticədə cinayət işi üçün vacib olan əşyalar, vətəndaşların pasportları və müxtəlif rəsmi sənədlər ələ keçirilib.

Mənbə: sia.az