Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb

Bakı. Samir Əli - Trend:

Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə Sədərək Ticarət Mərkəzində baş verib.

Həmin mərkəzdə alış veriş edən Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Mahmudova Həqiqət Lələkişi qızı kəsilmiş-deşilmiş xəsatərlə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, qadın ticarət cərgəsindən bıçaq dəsti alarkən ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İnternetdə pul bonusu vəd edən yalançı elan və ismarıcların sayı artıb

SONRAKI XƏBƏR

Putinin yanından ayırmadığı çantasının sirri açıldı - İstədiyi vaxt nüvə... - FOTO/VİDEO