Ukraynada öldürülmüş azərbaycanlı “vaqnerçi”…

Ukraynada öldürülmüş azərbaycanlı “vaqnerçi”…<span class="qirmizi"></span>

Priqojin onu Rusiya həbsxanasından azad edərək döyüşmək üçün Ukraynaya yollayıbmış…

“Reuters” Agentliyi Rusiyanın cənubunda döyüşlərdə öldürülmüş “Vaqner” muzdlularının basdırıldığı qəbristanlıq aşakr edib.

PİA.az xəbər verir ki, Agentliyin həmin qəbristanlıq barədə hesabatında azərbaycanlı da var.

Rusiyanın cənubunda yerlşən və sürətlə genişlənən Martan qəbristanlığındakı məzarlardan birinin üstündəki taxta nişanı üzərində azərbaycanlı adına da rast gəlinir. “Reuters” Agentliyinin iddasına görə, bu öldürülmüş muzdlular arasında ən yaşlı adamdır. Həmin şəxsin Fail Nəbiyev olduğu bidirilir.

Nəbiyev Moskvadan 200 mil şimal-şərqdə, İvanovo vilayətinin 2 saylı Cəzaçəkmə Koloniyasında oğurluğa görə bir il yarım cəza çəkib və bu onun ikinci məhkimluğu olub. 2022-ci ilin may ayında Suzdal şəhər məhkəməsi onu qarajdan 5500 rubl (80 ABŞ dolları) dəyərində oğurluq etməkdə təqsirli bilib.

İslami aypara ilə bəzədilmiş sadə taxta qəbir nişanına görə, Nəbiyev oktyabrda, hökm çıxarıldıqdan beş ay keçməmiş öldürülüb. O, 60 yaşında ölüb.

Nəbiyevin vətəndaş nigahında olduğu arvadı Olqa Viktorova “Reuters” Agentliyinə ərinin Ukraynada hərbi kampaniyada “Vaqner”in tərkibində xidmət edərkən öldürüldüyünü təsdiqləyib. O, ərinin həbs müddəti başa çatmaq üzrə olduğunu və onun kredit kartı ilə bağlı xeyli borcunun olduğunu və indi bu borcları ödəməli olduğunu söyləyib. Viktorova ərinin “vanerçilərə” qoşulduğunu onun ölümündən sonra öyrənib.

Rusiyanın müstəqil xəbər saytı “iStories” bilirib ki, Vaqnerin rəhbəri Priqojin avqust ayında döyüşçüləri cəlb etmək üçün 2 saylı Cəzaçəkmə Koloniyasına gedibmiş.

“Onun həmişə çılğın fikirləri olub. İslah olunmaz optimist idi. Çox güman ki, Ukraynaya vuruşub pul qazanacağını düşünüb”, deyə Viktorova bildirib.

Kreml, Rusiya Müdafiə Nazirliyi və Rusiya pentensianar rəhbərliyi bu məqalə ilə bağlı suallara cavab verməyib.

Mənbə: pia.az