Şirvanda yeni doğulan körpə ölüb

Şirvanda yeni doğulan körpə ölüb

Şirvanda yeni doğulan körpə ölüb.

APA-nın məlumatına görə, hadisə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında qeydə alınıb. Kürdəmir rayon, Sığırlı kənd sakini Afət Mürşüdov polisə müraciət edərək yeni doğulmuş nəvəsinin xəstəxanada öldüyünü bildirib.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Kürdəmir rayon Sığırlı kənd sakini Ramilə İdrisova dekabrın 6-da həmin xəstəxanada uşaq dünyaya gətirib. Ayın 9-da isə uşaq xəstəxanada ölüb. Lakin xəstəxana bu barədə polisə məlumat verməyib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanıb.

Mənbə: apa.az