Konyada 2 mərtəbəli bina çökdü, ölənlər var

Konyada 2 mərtəbəli bina çökdü, ölənlər var

Türkiyənin Konya şəhərində ikimərtəbəli bina çöküb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dağıntılar altında qalan 3 nəfərin meyiti çıxarılıb. Onlardan ikisi uşaqdır.

Konya Valisi Cüneyit Orhan Toprakın sözlərinə görə, binanın 80-na yaxın yaşı olub. Binanın hasar divarlarının hündürlüyü 2,5 metrə yaxındır. Bunun üçün də qonşular uçqunun fərqinə gec varıblar.

"Bu binalar müəyyən zaman sonra dayanıqlıqlarını itirirlər. Çökməyə binanın çox köhnə olmasının səbəb olduğunu düşünürük. Ətrafdakı binalara baxış keçiriləcək və çökmə təhlükəsi olanlar varsa tədbir görüləcək".

Mənbə: istipress.com