Türkiyədə baş verən zəlzələ ilə bağlı diqqət cəlb edən məqamlar

Türkiyədə baş verən zəlzələ ilə bağlı diqqət cəlb edən məqamlar<span class="qirmizi"></span>

"Bu zəlzələ son onilliklərin ən dağıdıcı və dəhşətli zəlzələsi olub və miqyas nəzərə alınaraq Türkiyə dərhal dünya ölkələrinə kömək üçün müraciət edib. İlk dəfə olaraq sahə üzrə mütəxəssis, Niderland Elmi-tədqiqat institunun araşdırmaçı-seysmoloqu Fransk Huqerbets tərəfindən iki gün öncədən bu zəlzələnin ərazisi və gücü ilə bağlı dəqiq proqnoz verilib. Yenə həmin şəxs tərəfindən ilk dəfə olaraq bu zəlzələdən sonra da güclü zəlzələ, avtoşok ola biləcəyi ilə proqnoz verilib".

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O, Türkiyədə baş verən zəlzələ ilə bağlı diqqət cəlb edən məqamları açıqlayıb:

"Görünür ki, artıq toplanmış datalar və müasir texnologiyalar bu təbiət hadisəsini də proqnozlaşdırmağa imkan vermək üzrədir. Bu zəlzələ ilə bağlı daha bir diqqət cəlb edən məqam onun "təbii olmaması", "tektonik silahlarla qəsdən törədilməsi", "siyasi olması" ilə bağlı müzakirələrin, konspriologiyanın geniş yayılmasıdır.

Yeri gəlmişkən, zəlzələ olan ərazilərdə bir anda dağılan və çökən binalar və tab gətirən tikililər də düşündürücüdür. Bu zəlzələ də hər birimiz üçün, qərar qəbul edənlər üçün, hökumətlər üçün düşündürücü olmalıdır. Heç bir ölkə zəlzələdən sığortalanmayıb. Hökumətimiz, qərar qəbul edənlərimiz və aidiyyatı qurumlarımız bunun fərqində olmalıdır. Müasir dünyada zəlzələlərə qarşı dayanıqlıq həm də bu ölkələrin inkişaflnın və gücünün göstəricisinə çevrilib".
Nuranə

Mənbə: big.az