Polis uniforması geyinib, otelə hücum etdilər

Polis uniforması geyinib, otelə hücum etdilər

Polis uniformasında olan terrorçular Somalinin paytaxtı Moqadişuda otelə hücum ediblər.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, avtomobillə əraziyə gələn silahlılar SYL HOTEL-in binasına daxil olublar.

Hazırda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmanın getdiyi bildirilib.

Məlumata görə, otelə hücum zamanı 3 nəfər xəsarət alıb.

Onların 2-i deputat, digəri isə keçmiş daxil işlər naziridir.

Mənbə: axar.az