Bakıda "KamAZ" iki məktəblini vuraraq öldürüb

Bakıda "KamAZ" iki məktəblini vuraraq öldürüb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

“KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücü sola doğru manevr etmək istəyib. Bu vaxt həmin ərazidə məktəbli olan bir qız və bir oğlan yolu keçmək istəyirmiş. Nəticədə hər iki uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Mənbə: apa.az