Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb

Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.

Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: apa.az