Naməlum şəxs piyadaları güllələdi

Naməlum şəxs piyadaları güllələdi

Kanadanın Toronto şəhərində naməlum şəxs piyadalara atəş açıb.

Axar.az xəbər verir ki, bu barədə “Qlobal Nyus” məlumat yayıb.

Bildirilib ki, avtomobillə 4 nəfər yaxınlaşan şəxs anidən onlara atəş açıb.

Hadisə nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: axar.az