Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO

Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

3 avtomobilin bir-birinə çırpıldığı qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəndə qeydə alınıb.

Əliyev Rəşad Musa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşının təkərində nasazlıq yaranıb. Bu zaman R.Əliyev nəqliyyat vasitəsini saxlayıb.

Daha sonra arxadan gələn və Rzayev Fəxri Firudin oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil digər "Mercedes"ə çırpılıb. Zərbənin gücündən "Mercedes" Cəfərov Azər Azad oğlunun idarə etdiyi "KİA" markalı nəqliyyat vasitəsinə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Hazırda qəzanın baş verdiyi “Çermet” körpüsü kimi tanınan ərazidə sıxlıq yaranıb.

Mənbə: apa.az