Türkiyənin Ankara şəhərinin Kahramankazan rayonunda mebel kombinatı yanıb.
“Report” xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.
Bildirilib ki, hadisə Kahramankazanın Bitik məhəlləsində baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.
Məlumata görə, yanğın zamanı kombinatın fəhlələri iş yerindən təxliyə edilib. Yanğın nəticəsində yaranan tüstüdən zəhərlənənlərin olduğu da bildirilib.
Mənbə: report.az