İstanbul Jandarma İdarəsi Türkiyə tarixində Afrika ölkələrinə ixrac üçün nəzərdə tutulan 1 milyard dollarlıq saxta əskinasların ən böyük partiyasını müsadirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə "DHA" xəbər agentliyi xəbər verir.
Qeyd olunub ki, İstanbulun rayonlarından birində saxta dollarların saxlandığı anbarda 100 dollarlıq 10 milyon əskinas götürülüb.
İşin istintaqı çərçivəsində artıq altı nəfər, o cümlədən üç isveçli, bir britaniyalı və bir Qana vətəndaşı saxlanılıb.
Əcnəbilərin yaşadığı villalarda aparılan axtarışlar zamanı külli miqdarda pul və qızıl-zinət əşyaları götürülüb.
Saxlanılan şəxslərin vətəndaşı olduqları ölkələrin diplomatik nümayəndəlikləri barələrində aparılan istintaq tədbirləri barədə məlumatlandırılıb.
Mənbə: redaktor.az